Yaşayış binasının zirzəmisindəki boru PARTLAYIB – Sakinlər üfunətdən evdə OTURA bilmirlər - FOTO

Yaşayış binasının zirzəmisindəki boru PARTLAYIB – Sakinlər üfunətdən evdə OTURA bilmirlər - FOTO

Hazırda oxunan: Yaşayış binasının zirzəmisindəki boru PARTLAYIB – Sakinlər üfunətdən evdə OTURA bilmirlər - FOTO

261718

Bakının Nəsimi rayonu Mir Cəlal Paşayev küçəsinin sakinləri həmin ünvandakı üfunət iyindən şikayəçidirlər.

Bununla bağlı Bizim.Media-ya Mir Cəlal Paşayev 10 ünvanında yaşayanlar müraciət ediblər.
 

Sakinlər binanın zirzəmisində kanalizasiya borusunun partladığını və bu səbəbdən ətrafa pis qoxu yayıldığını iddia edirlər. Onların sözlərinə görə, ətrafa milçək və digər həşəratlar yığışır ki, bu da yay axşamı insanların binanın həyətində istirahətinə mane olur.


Bu durumdan daha çox əziyyət çəkən isə birinci mərtəbədə mənzili olanlardır. Birinci mərtəbədə yerləşən mənzildə yaşayan sakinin sözlərinə görə, müvafiq sukanal idarəsindən gəlib vəziyyətlə tanış olsalar da, problem həll olunmamış qalıb. Onlar mənzildəki şaxtanın kiçik olduğunu əsas gətiriblər.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq.

Qurumdan problemlə yerində tanış olduqlarını bildiriblər.
 

“Qeyd olunan ünvanda vətəndaşın mənzilindən keçən tullantı su xəttində axıntı müşahidə olunub. Aparılan baxış zamanı müəyyən edilib ki, mənzildəki şaxtaya giriş üçün nəzərdə tutulmuş pəncərə standart ölçülərdən kiçik inşa olunduğuna görə xəttə texniki müdaxilə mümkün deyil.


Müvafiq Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb edilərək vətəndaşa vəziyyət izah edilib. Bildirilib ki, şaxta sökülərək xəttə müdaxilə üçün zəruri şərait yaradılacağı təqdirdə tullantı su xəttindəki nasazlığın aradan qaldırılması mümkün olacaq” – deyə vurğulanıb.






Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO