"Trabzonspor"un yarımmüdafiəçisi Ozan Tufan karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Lokomotiv" türk futbolçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Moskva klubu Ozan üçün "Trabzonspor"a təklif göndərib. 30 yaşlı orta xətt oyunçusu Rusiyaya yollanmağa isti yanaşır.
Qeyd edək ki, "Trabzonspor" Ozan Tufanı ötən ilin yayında "Hall Siti"dən transfer edib. Türkiyə millisinin sabiq üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:47 / 25.07.2025
Rusiya klubu türk futbolçu ilə MARAQLANIR
Hazırda oxunan: Rusiya klubu türk futbolçu ilə MARAQLANIR
Hazırda oxunan: Rusiya klubu türk futbolçu ilə MARAQLANIR
261702
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.