Ağdam rayonu Gülablı kəndi ərazisində ötən gün başlayan yanğın Xocavənd rayonunun Mirikənd kəndinin ərazisinə keçib.
Bizim.Media report-a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazilriyinin (FHN) Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 130 nəfərdən ibarət şəxsi heyəti mübarizə aparır. Bundan başqa, yanğının söndürülməsi üçün 2 helikopter cəlb olunub.
İlkin olaraq 80 nəfər şəxsi heyətin cəlb olunduğu ərazidə hava şəraitinin küləkli olması yanğının söndürülməsini çətinləşdirib. Bu səbəbdən yanğının söndürülməsinə əlavə olaraq 50 nəfərlik qüvvə də cəlb edilib.
Bundan başqa, Ağdərə rayonu Həsənriz kəndində də günorta saatlarında yanğın başlayıb.
Sözügedən ərəraziyə də FHN-nin yanğınsöndürmə briqadaları cəlb edilib.
"Report"un Qarabağ bürosunun yerli sakinlərdən əldə etdiyi məlumata görə, meşəlik əraziyə keçən aktiv yanğın ocaqları məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:00 / 25.07.2025
Qarabağda yanğının söndürülməsinə helikopterlər və xeyli sayda yanğınsöndürən CƏLB EDİLDİ
Hazırda oxunan: Qarabağda yanğının söndürülməsinə helikopterlər və xeyli sayda yanğınsöndürən CƏLB EDİLDİ
Hazırda oxunan: Qarabağda yanğının söndürülməsinə helikopterlər və xeyli sayda yanğınsöndürən CƏLB EDİLDİ
261697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.