Fransada Bəşər Əsədə qarşı verilmiş həbs orderi LƏĞV EDİLDİ

Fransada Bəşər Əsədə qarşı verilmiş həbs orderi LƏĞV EDİLDİ

Hazırda oxunan: Fransada Bəşər Əsədə qarşı verilmiş həbs orderi LƏĞV EDİLDİ

261684

Fransa Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədə qarşı verilmiş həbs orderini ləğv edib.

Bizim.Media xəbər verir ki, bu order 2023-cü ilin noyabrında, Suriyada kimyəvi silahların tətbiqi şübhəsi ilə başlanan istintaq çərçivəsində verilmişdi.

Məhkəmənin qərarında bildirilir ki, orderin ləğv edilməsinə səbəb onun o vaxt dövlət başçısı olmasıdır. Beynəlxalq hüquqa əsasən, dövlət başçıları digər ölkələrin məhkəmələrində cinayət təqibindən immunitetə malikdirlər.

Bununla belə, Fransanın ali məhkəmə instansiyası qeyd edib ki, hazırda Əsəd artıq dövlət başçısı olmadığından, gələcəkdə ona qarşı yeni həbs orderləri verilə bilər (AFP, AP).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO