Rusiyada məşhur azərbaycanlı neft treyderi İskəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsus Railgo şirkətinin ofisində xüsusi təyinatlıların axtarış keçirdiyi barədə yayılan məlumatlar şirkət rəhbərliyi tərəfindən rəsmən təkzib olunub.
Bizim.Media xəbər verir ki, haqqin.az saytına göndərilən rəsmi açıqlamada bildirilir ki, 25 iyul 2025-ci il tarixində Railgo ofisində işlər adi qaydada davam edib və hər hansı istintaq tədbiri və ya hüquq-mühafizə müdaxiləsi baş verməyib.
"Ofisimizdə nə xüsusi təyinatlılar olub, nə də sənəd müsadirəsi aparılıb. Bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir", – deyə şirkətin rəhbərliyi bəyan edib.
Xatırladaq ki, bundan öncə bəzi rus teleqram kanalları və sosial media səhifələri Railgo şirkətinə Rusiya hüquq-mühafizə orqanları tərəfindən basqın təşkil edildiyini, sənədlərin müsadirə olunduğunu və əməkdaşların ofisdə saxlanıldığını iddia etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:26 / 25.07.2025
Skandal TƏKZİB EDİLDİ: "Railgo" ofisdə axtarış aparılmayıb
Hazırda oxunan: Skandal TƏKZİB EDİLDİ: "Railgo" ofisdə axtarış aparılmayıb
Hazırda oxunan: Skandal TƏKZİB EDİLDİ: "Railgo" ofisdə axtarış aparılmayıb
261671
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.