“Çoxu yazıb ki, vəfat edib...” - Arif Babayevin son durumu ilə bağlı AÇIQLAMA

“Çoxu yazıb ki, vəfat edib...” - Arif Babayevin son durumu ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: “Çoxu yazıb ki, vəfat edib...” - Arif Babayevin son durumu ilə bağlı AÇIQLAMA

261660

Ötən gün vəziyyəti pisləşən Xalq artisti Arif Babayevin səhhəti stabilləşib.

Bu barədə Bizim.Media-ya Əməkdar artistlər İlkin Əhmədovla Babək Niftəliyev danışıb.

İ. Əhmədov deyib ki, ailəsi ilə əlaqə saxlaya bilməyib:

“Mən də sizin kimi, eşitdiyimə görə, stabilləşib. Oğlu Yaşar cavab vermir, başları qarışıqdır, danışa bilməmişəm, Allah qoysa, icazə versələr, ziyarət gedəcəyik”.

B. Niftəliyev isə xanəndə ilə bağlı dezinformasiyaların yayıldığını söyləyib:

“Yaşar deyib ki, Qaxdan gətirilib. Stabildir, normaldır, çoxu yazır ki, vəfat edib. Elə deyil, normaldır. İnşallah ki, düzələr. İndi imkan yoxdur, ziyarət icazə vermirlər. Amam gedəcəyik”.

Qeyd edək ki, Xalq artisti ötən gün axşam saatlarında Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO