Bakı metrosunda ev heyvanları ilə səyahət – Hansı hallarda icazə var?

Bakı metrosunda ev heyvanları ilə səyahət – Hansı hallarda icazə var?

Hazırda oxunan: Bakı metrosunda ev heyvanları ilə səyahət – Hansı hallarda icazə var?

261644

Evlərin, zavodların tikilib, şəhərlərin salınması ilə təbiətin bir hissəsi heyvanların əlindən alınıb. Müasir dünyada təbiəti əlindən alınmış heyvanlara insanlar sahiblik edir, onları əhliləşdirib evlərdə saxlayırlar.

Şəhər sakinlərinin bir çoxu ev heyvanlarını gündəlik həyatlarının ayrılmaz hissəsi kimi görür.

Heyvanları küçələrdə, parklarda gəzdirir, hava almasına, qaçmasına, oynamasına şərait yaradırlar. Lakin ictimai nəqliyyatda, xüsusilə metropoliten kimi sıx məkanlarda heyvanla səyahət etmək müəyyən çətinlik yaradır və qaydalar çərçivəsində tənzimlənir.

Bizim.Media Bakı metrosunda ev heyvanları, xüsusilə, itlərlə hərəkət edib-etməməyin mümkünlüyünü araşdırıb.
 

“Bakı Metropolitenindən istifadə Qaydaları”na görə, sərnişinlər üçün narahatlıq və ya yoluxucu xəstəliyə yoluxma təhlükəsi yarada bilən xəstə heyvan və ya quşla stansiyaya daxil olmaq və ya onları qatarda aparmaq qadağandır.


Sərnişinlər aparılmasına icazə verilən ölçülərdə və çıxmaları istisna olunan xüsusi konteynerdə və qəfəsdə olmaq şərtilə kiçik ev heyvanlarını və quşlarını gediş haqqı ödəmədən apara bilərlər. Yəni onların nəzarətsiz və ya açıq şəkildə daşınması yol verilməz sayılır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO