Bakı-Naxçıvan-Bakı reysi üzrə avtobusların fəaliyyəti bərpa olundu

Bakı-Naxçıvan-Bakı reysi üzrə avtobusların fəaliyyəti bərpa olundu

Hazırda oxunan: Bakı-Naxçıvan-Bakı reysi üzrə avtobusların fəaliyyəti bərpa olundu

261638

Bakı-Naxçıvan-Bakı avtobus reysləri hər gün həyata keçirilir və sərnişin tələbatına uyğun olaraq tənzimlənir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yayıb. 

Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana gün ərzində saat 09:00, 19:00, 20:00 və 21:00-da olmaqla dörd reys həyata keçirilir.

"Sərnişin tələbatı yarandığı təqdirdə reyslərin sayı altıya çatdırılır. Şərurdan isə Bakıya reyslər saat 07:00, 14:30, 15:30, 16:30-da həyata keçirilir.
 

Sərnişinlər biletləri onlayn qaydada biletim.az portalından və avtovağzalların kassalarından əldə edə bilərlər", - deyə məlumatda vurğulanıb.


Qeyd edək ki, bir neçə gün öncə Bakı-Naxçıvan-Bakı reysi üzrə avtobusların fəaliyyətinin dayandırıldığı haqda xəbərlər yayılmışdı. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO