Somali Federativ Respublikasının xarici işlər naziri ADNSU-da - FOTO

Somali Federativ Respublikasının xarici işlər naziri ADNSU-da - FOTO

Hazırda oxunan: Somali Federativ Respublikasının xarici işlər naziri ADNSU-da - FOTO

261631

İyulun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, Azərbaycanın Efiopiyadakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov, eləcə də universitetin rəhbər heyəti iştirak ediblər.
 

Qonaqları salamlayan rektor Rüfət Əzizov ADNSU-nun 105 illik tarixi, tədris prosesi, maddi-texniki bazası və beynəlxalq əməkdaşlıqları barədə ətraflı məlumat verib, həmçinin universitetin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib.


Görüş zamanı Somalidəki ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları və Azərbaycan universitetləri ilə tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qonaqlar əməkdaşlığın inkişafında maraqlı olduqlarını və bu istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Sonda xatirə hədiyyələri təqdim edilib. Nümayəndə heyəti ADNSU-nun Tarix və Mineralogiya muzeylərini, həmçinin laboratoriyalarını gəzərək universitetlə daha yaxından tanış olublar.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO