Rusiyalı deputat Nikolay Valuyev 15 il azadlıqdan məhrum edildi

Rusiyalı deputat Nikolay Valuyev 15 il azadlıqdan məhrum edildi

Hazırda oxunan: Rusiyalı deputat Nikolay Valuyev 15 il azadlıqdan məhrum edildi

261617

Rusiya Dövlət Dumasının deputatları, məşhur bokçu Nikolay Valuyev  və üçqat olimpiya çempionu olan Vladislav Tretyakov 15 il  müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna məhkəməsi qərar çıxarıb.
 

Ukraynanın Xmelnitski məhkəməsi boks üzrə keçmiş dünya çempionu Nikolay Valuyev və üçqat olimpiya çempionu olan xokkeyçi Vladislav Tretyak barədə qiyabi şəkildə həbs olunması barədə məhkəmə qərarı çıxarıb. Onların hər ikisi Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunublar.


Məhkmə hər iki şəxsi əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, siyahıda işğalçı ölkənin Dövlət Dumasının digər deputatları da var.

Onu da xatırladaq ki, Valuyev azərbaycanlıların ünvanına təhqiramiz ifadə işlədib və onun bu fikri Azərbaycan cəmiyyətində ciddi rezinansa səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO