Azərbaycan qlobal sülhün yeni ünvanına ÇEVRİLİR – İlham Əliyev qətiyyətinin TƏNTƏNƏSİ

Azərbaycan qlobal sülhün yeni ünvanına ÇEVRİLİR – İlham Əliyev qətiyyətinin TƏNTƏNƏSİ

Hazırda oxunan: Azərbaycan qlobal sülhün yeni ünvanına ÇEVRİLİR – İlham Əliyev qətiyyətinin TƏNTƏNƏSİ

261596

İsrail-Suriya münasibətlərində nisbi sakitlikdir. Artıq neçə gündür ki, İsrail Suriya ərazilərinə hava zərbələri endirmir. Dünyanın aparıcı xəbər agentliklərinin qənaətinə görə bu dəfəki atəşkəsin təşəbbüskarı Azərbaycandır. Rəsmi Bakının təşəbbüsü ilə İsraillə Suriya arasında ilkin razılaşma olub.

Nəzərə alaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Bakı şəhərində İsrail və Suriya rəsmiləri arasında birbaşa danışıqların baş tutduğunu rəsmi şəkildə təsdiqləyib. Bu barədə o, Jewish News Syndicate (JNS) agentliyinə verdiyi müsahibədə bəyan edib:
 

MÖVZU İLƏ BAĞLI:

"Azerbaijan", "IlhamAliyev" həştəqləri trendə yüksəldi - FOTO


“Artıq rəsmi olaraq təsdiq edə bilərik ki, Bakı şəhərində İsrail və Suriya arasında danışıqlar keçirilib. Azərbaycan bölgədə sülh və sabitlik üçün körpü rolunu oynamağa hazırdır. Bizim region ölkələri ilə, o cümlədən İsrail və bir sıra müsəlman dövlətləri ilə yaxşı münasibətlərimiz mövcuddur”.

Azərbaycanın anoloqsuz “sakit diplomatiyası”

Nəzərə alaq ki, rəsmi Bakı uzun illərdir ki, “sakit diplomatiya” prinsipinə əsaslanaraq gərgin regionlarda münaqişələrin həllinə müəyyən töhfələr verir. Rusiya-Türkiyə, NATO-Rusiya, İsrail-Türkiyə və ən nəhayət İsrail-Suriya münasibətlərində gərginliyin aradan qaldırılmasında Azərbaycanın xüsusi əməyi olub.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədrinin Bakıda iki dəfə görüşü təşkil edilib. Məhz bu görüşlərdən sonra Suriyada vəziyyət stabilləşməyə doğru istiqamət alıb. Eyni zamanda, 2014-cü ildə başlayan Rusiya-Ukrayna hərbi münaqişəsinin uzun müddət durdurulmasında Bakı görüşünün müstəsna payı olub.

Xatırlatmaq yerinə düşərdi ki, Rusiya-Türkiyə münasibətləri heç zaman indiki qədər isti olmayıb. Tarix boyu iki dövlət bir-birləri ilə zor dilində danışıblar. Ancaq ötən onillikdə məhz Azərbaycanın təşəbbüsü ilə Rusiya və Türkiyə münasibətlərində yeni bir səhifə açıldı. Təsadüfi deyil ki, bu gün iki ölkə arasında mədəni-iqtisadi münasibətlər ən yüksək səviyyədədir. Hətta bir çox məsələlərdə Rusiya ilə Türkiyə eyni mövqedən çıxış edir. Bu isə əsrlər boyu rast gəlinməyən reallıqdır. Bütün bunlarsa Azərbaycanın diplomatik hünəridir.

Azərbaycan Yaxın Şərqdə sülh çarçısıdır...

Daha bir reallıq ondan ibarətdir ki, Azərbaycan Suriya ilə İsrail arasında əlaqələrin qurulmasında, habelə Türkiyə-İsrail-Suriya üçbucağında gərginliyin azaldılmasına yönəlik görüşlərin təşkilində aktiv rol oynayıb. Azərbaycanın təşəbbüsü ilə “qaynar xətt diplomatiyası”nın qurulması, xüsusilə regionda qarşıdurma potensialını azaltmaq və dialoq mühitini təşviq etmək baxımından önəmli addım kimi dəyərləndirilir.
 

Nəzərə alaq ki, Suriyada rejim dəyişikliyi Qəzza zolağından başqa Türkiyə ilə İsrail arasında daha bir qarşıdurma xətti yaratdı.


İsrailin Suriyanın daxili işlərinə qarışması, burada druzlarla Əhməd əl-Şara hökuməti arasında ara-sıra toqquşmaların alovlanması, həmçinin Türkiyənin SAR-da hərbi mövcudluğunu gücləndirməsi Ankara ilə Təl-Əviv arasında çəkişmələrə səbəb oldu və buna İsrail hərbi əməliyyatlarla cavab verdi, Dəməşq və Türkiyə bazalarına hava zərbələri endirdi.

Vəziyyət nəzarətdən çıxmaması üçün ilkin olaraq ABŞ məsələyə müdaxilə etdi. Bu ilin aprel ayının 8-də Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edib və onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoqa çağırdı. Amerika lideri Netanyahuya müraciət edərək, "Türkiyə ilə bağlı hər hansı probleminiz varsa, düşünürəm ki, mən həll edə bilərəm. Bir şərtlə ki, məntiqli davransanız" dedi.

Trampın sülh səylərinin davamı olaraq Azərbaycan məsələyə müdaxilə etdi. Aprelin 9-da Bakıda Türkiyə və İsrail nümayəndələrinin görüşü oldu.

Texniki danışıqlarda MTŞ rəhbəri Tzaçi Haneqbinin başçılıq etdiyi İsrail nümayəndə heyəti Türkiyənin hərbi bazalarının yaradılmasına qarşı çıxış edib, Türkiyə tərəfi isə israilliləri onun suverenliyini təhdid edən “Suriyaya qarşı təxribatçı hücumları dərhal dayandırmağa” çağırıb.

Bakıdakı görüş irəliləyişə səbəb olmasa da, eskalasiyanın səviyyəsini müəyyən qədər azaltmağa kömək etdi. Bir ay sonra İsrail və Türkiyə nümayəndələri yenidən Bakıda görüşdülər. Bu görüşdə isə konkret nəticələr əldə olundu. Siyasi ritorikaların tonu aşağı düşdü və tərəflər danışıqlar masasına oturdu.
 

Artıq Bakıda İsrail və Türkiyənin iştirakı ilə danışıqların bir neçə raundu baş tutub. Onlar “kameralarsız” baş verdiyi üçün dünya ictimaiyyəti onlar haqqında yalnız mediada gedən insayder xəbərlərdən xəbər tutur. Danışıqların nəticələri və gedişi haqqında məlumat olduqca azdır.


Lakin bir şey aydındır, dialoq qurulub və davam edir. Üstəlik, dialoq təkcə Türkiyə ilə İsrail arasında deyil, Dəməşq və Təl-Əviv arasında da gedir. İyulun 12-də Suriya və İsrail nümayəndə heyətləri Bakıda görüşdülər və iyunun sonunda İsrailin xarici işlər naziri Gideon Saar ölkəsinin Suriya ilə əlaqələrin normallaşdırılmasında maraqlı olduğunu açıqladı.

İsrail, Türkiyə və Suriya arasında diplomatik proses iyulun 13-də əl-Suveyda əyalətində bədəvilərlə Suriya ordusu ilə druz tayfaları arasında bir sıra toqquşmalarla nəticələnən hadisələrlə pozulub.

Təl-Əviv druzların müdafiəsinə qalxaraq Dəməşqdəki prezident sarayına və Baş Qərargahına hücumlar təşkil etdi.

Ərdoğan və əl-Şaraa İDF-nin hərəkətlərini pisləyib. Lakin iyulun 18-də ABŞ, Türkiyə, İordaniya və digər ölkələrin vasitəçiliyi ilə Netanyahu və Əl-Şaraa atəşkəsə razılaşıb. Əs-Suveydada sakitliyin yaradılması Bakıda diplomatiyanın bərpasına imkan verir.

Nəhayət, bu günlərdə üçtərəfli görüşlər barədə rəsmi Bakı açıqlama verib. Belə ki iyulun 21-də Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Türkiyə Suriya və İsrail arasında gərginliyi azaltmaq üçün Bakıda bir neçə raund danışıqlar aparılıb:

"İndi mən təsdiq edə bilərəm ki, biz İsrail və Suriya arasında danışıqlar aparmışıq. ... İsrail və müsəlman dövlətləri arasında körpü olmağa hazırıq. Bizim regionun bütün ölkələri ilə yaxşı münasibətlərimiz var".

Qeyd etməliyik ki, Bakının Suriya məsələsində əhəmiyyəti son üç ayda artıb. Bu ayın 12-də Suriya lideri Əhməd əl-Şara Azərbaycanın paytaxtına səfər edib. Burada bir sıra görüşlər keçirib, danışıqlar aparıb. Qeyd etməliyik ki, əl-Şara özünün üçüncü xarici səfərini məhz Bakıya edib.
 

Bir vacib məqamı da qeyd edək ki, Ərdoğan və Netanyahu may ayında Bakıda görüşə bilərdi, lakin İsrailin baş naziri Qəzzada yeni hərbi əməliyyatın başlaması ilə əlaqədar səfərini təxirə salıb. Lakin diplomatik Bakıda davam etdirilib.


Nəticə isə göz qabağındadır. Suriyada silahlar susub. İsrail daha əvvəlki kimi çılğın, Türkiyə isə narahat deyil. Bütün bunlarsa onun sübutudur ki, artıq dünyada yeni bir platforma- Bakı formatı yaranıb və bu format təkcə regionda yox, dünyadakı bir sıra qaynar nöqtələrdə sabitliyin yaranmasına öz töhfə verir. Bu isə Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətinin, İlham Əliyev qüdrətinin təntənəsidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO