Corc Dik: "Şuşaya gedən ilk israilli səfir olmaq xüsusi fəxrdir"

Corc Dik: "Şuşaya gedən ilk israilli səfir olmaq xüsusi fəxrdir"

Hazırda oxunan: Corc Dik: "Şuşaya gedən ilk israilli səfir olmaq xüsusi fəxrdir"

261594

“Son altı il ərzində Azərbaycanla İsrail arasında mühüm və tarixi hadisələr baş verib. İki xalq arasında münasibətlər daha da dərinləşib və yeni mərhələyə qədəm qoyub”.

Bizim.Media xəbər verir ki, bu sözləri İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
 

“Şuşanı ziyarət edən ilk israilli səfir olmaq mənim üçün xüsusi fəxrdir. İsrail daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Çünki biz dostluğun yalnız asan günlərdə deyil, çətin zamanlarda da sınandığına inanırıq. Azərbaycan xalqının göstərdiyi bu humanist münasibəti heç vaxt unutmayacağam”, - deyə səfir bildirib.


O qeyd edib ki, İsrail-Azərbaycan münasibətləri son illər ərzində daha uca zirvələrə yüksəlib.

“Enerji və təhlükəsizlik sahələrindəki əməkdaşlıq əlaqələrimizin əsas sütunları olaraq qalır və inanıram ki, qarşıdakı illərdə bu əlaqələr daha da genişlənəcək. 2025-ci il üçün qarşıya qoyduğumuz əsas hədəflərdən biri 50 min israilli turistin Azərbaycana səfər etməsini təmin etməkdir”, - deyə diplomat vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO