Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 527,4 milyon manat təşkil edib.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 3,8 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,4 %, son 1 ildə isə 16,75 % artıb.
İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət mayın sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il iyunun sonuna isə 1,7 % olub.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
10:22 / 25.07.2025
Azərbaycanda problemli kreditlərin məbləği artdı
Hazırda oxunan: Azərbaycanda problemli kreditlərin məbləği artdı
Hazırda oxunan: Azərbaycanda problemli kreditlərin məbləği artdı
261577
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.