“İmişli” stadionunda təmir işləri niyə gecikir? – Klubdan AÇIQLAMA

“İmişli” stadionunda təmir işləri niyə gecikir? – Klubdan AÇIQLAMA

Hazırda oxunan: “İmişli” stadionunda təmir işləri niyə gecikir? – Klubdan AÇIQLAMA

261564

 Bu mövsüm Premyer Liqaya vəsiqə qazanan “İmişli” klubu ev oyunlarını bir müddət doğma arenasında keçirə bilmyəcək. 

Bizim.Media xəbər verir ki, bunun əsas səbəbi İmişli şəhər stadionunun müasir standartlara cavab verməməsidir.
 

Arenada təmir işləri gedənə qədər bölgə təmsilçisi başqa stadionun xidmətindən istifadə etməli olacaq.


Maraqlıdır ki, komanda hələ yeni stadion axtarışında olarkən İmişli stadionunda təmir işləri hələ ki, başlamayıb.

Məsələni aydınlaşdırmaq üçün “İmişli” klubunun icraçı direktoru Aqşin Mürsəlovla əlaqə saxladıq. Klub rəsmisi təmir işlərinin sənədləşməyə görə gecikdiyini bildirdi: 

“İmişlidə stadionun mülkiyyət məsələsini həll etməyə çalışırıq. Arena MKT şirkətinin balansındadır. Stadion kluba veriləndən sonra təmir işlərinə start veriləcək. Qazonu da təbii saxlamaq istəyirik. Bütün bu məsələlərdə AFFA-da bizə kömək göstərməyə çalışır. Təmir işlərinin nə vaxt başlanacağını isə hələ indidən deyə bilmərəm”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO