“Arsenal” isveçli futbolçunun transferini HƏLL ETDİ

“Arsenal” isveçli futbolçunun transferini HƏLL ETDİ

Hazırda oxunan: “Arsenal” isveçli futbolçunun transferini HƏLL ETDİ

261552

"Arsenal" "Sportinq"in hücumçusu Viktor Dyökereşin transferini yekunlaşdırmaq üzrədir.

Bizim.Media xəbər verir ki, artıq klublar arasında razılıq əldə olunub.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İsveçli forvard 24 saat ərzində London klubu üçün tibbi müayinədən keçəcək.

Qeyd edək ki, "Sportinq" Viktor Dyökereşi 2023-cü ilin yayında "Koventri"dən transfer edib.

İsveç millisinin üzvü olan 27 yaşlı futbolçu ötən mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 54 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO