“Sabah” Moldovadan qələbə ilə qayıdır - VİDEO

“Sabah” Moldovadan qələbə ilə qayıdır - VİDEO

Hazırda oxunan: “Sabah” Moldovadan qələbə ilə qayıdır - VİDEO

261547

"Sabah" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Bakı təmsilçisi Moldovada "Petrokub"un qonağı olub.
 

Uzun müddət hesabı aça bilməyən "Sabah" 82-ci dəqiqədə istəyinə çatıb. Kapitan Pavol Safranko fərqlənib.Son dəqiqədə daha bir qol vuran təmsilçimiz Bakıya böyük üstünlüklə dönür.


UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

24 iyul

21:00. "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) - 0:2

Qollar: Pavol Safranko, 82. Kahim Parris, 90

Baş hakim: Qal Leyboviç (İsrail)

"Petrokub":
 

1. Silviu Smalenea, 90. İon Cardan (k), 21. Maksim Potirniçe, 24. Sedrik Nqa, 66.İon Bors, 11. Serjiu Platiça, 44. Cessi Cou, 39. Teodor Lunqu, 79. Viktor Boqasius, 13. Maksim Kojokaru, 23. Mihaay Lupan


Baş məşqçi: Şota Maxaradze

"Sabah":
 

92. Stas Pokaatilov, 3. Rəhman Daşdəmirov, 5. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akkim Zedadka, 10. Anatoli Nuriyev, 22. Zinədin Uld Xaled, 13. İvan Lepenitsa, 70. Cesse Sekidika, 20. Coy-Lens Mikels, 18. Pavol Safranko (k)


Baş məşqçi: Valdas Dambrauskas

Kişineu, "Zimbru" stadionu

Qeyd edək ki, cavab matçı iyulun 31-də keçiriləcək.




Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO