Lənkəranda mağaza YANIR - Alov digər obyektlərə keçib - FOTO

Lənkəranda mağaza YANIR - Alov digər obyektlərə keçib - FOTO

Hazırda oxunan: Lənkəranda mağaza YANIR - Alov digər obyektlərə keçib - FOTO

261535

Lənkəran şəhərində yerləşən mağazalardan birində yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin "DOSA" adlanan ərazisində qeydə alınıb.
 

Yanğınla bağlı əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Həmçinin polis əməkdaşları və təcili tibbi yardım briqadası da hadisə yerinə yönləndirilib.


Əldə edilən məlumata əsasən, alov artıq ətrafdakı mağazalardan birinə də keçib.

Polis əməkdaşları tərəfindən ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülür.

Hazırda alovun digər tikililərə keçməsinin qarşısını almaq üçün yanğınsöndürmə işləri davam etdirilir.








Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO