"Zirə" klubu "Hayduk"la səfər matçına ciddi itkilərlə çıxacaq.
Bizim.Media xəbər verir ki, Till, Boqomolski, Eldar Quliyev zədə səbəbindən "Hayduk"la matçı buraxırdı. Xorvatlarla oyunda isə Konate və Mutsinzi də sıradan çıxdı.
Adı çəkilənlərdən Boqomolskinin səfər matçında 15-20 dəqiqə oynamaq ehtimalı var. Mutsinzi də matç saatına qədər hazır ola bilər. Konate və digərləri böyük ehtimalla, "Hayduk"la səfər görüşünü buraxacaqlar.
Qeyd edək ki, Suma "Malmö"yə satıldığı, Utziq isə rəhbərlik tərəfindən cəzalandığı üçün "Hayduk"la oyunların iştirak ərizəsinə salınmayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media