Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Hazırda oxunan: Bu ərazilərdə qaz olmayacaq

261487

“Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsi xidmət ərazilərində əsaslı təmir və payız-qış mövsümünə hazırlıqla bağlı tədbirləri davam etdirir.

Bizim.Media xəbər verir ki, təsdiq olunmuş əsaslı təmir və kapital qoyuluşu proqramlarına uyğun olaraq, 25 iyul tarixində saat 10:00-dan etibarən Sumqayıt şəhərinin 16-cı mikrorayon, Corat qəsəbəsi, Corat və Novxanı bağları, eləcə də 52-ci məhəllə ərazilərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
 

Qazın verilişində yaranacaq fasilə həmin ünvanlarda yeni siyirtmələrin quraşdırılması və balans qovşaqlarında aparılan əsaslı təmir işləri ilə əlaqədardır. Bununla əlaqədar ümumilikdə 22 minə yaxın abonentin qaz təchizatında müvəqqəti kəsinti olacaq.


“Azəriqaz” İB vətəndaşlardan anlayış göstərmələrini xahiş edir və bildirir ki, işlər başa çatdıqdan dərhal sonra qaz təchizatı bərpa olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO