Polis Abşeronda əməliyyat keçirdi – 2 nəfər SAXLANILDI

Polis Abşeronda əməliyyat keçirdi – 2 nəfər SAXLANILDI

Hazırda oxunan: Polis Abşeronda əməliyyat keçirdi – 2 nəfər SAXLANILDI

261485

Abşeron Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini 38 yaşlı Rüfət Qədirov və 26 yaşlı Həsən Musayev saxlanılıblar.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, R.Qədirovdan 1 kiloqram heroin və 3 kiloqram 447 qram marixuana, H.Musayevdən isə 495 qram psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək, Abşeron RPİ-nin əməkdaşlarının ilin əvvəlindən narkotiklərlə bağlı keçirdikləri əməliyyatlar zamanı 51 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu istiqamətdə əməliyyatlar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO