An-24 təyyarəsinin sərnişinlərindən biri Marina Avalyan Amur vilayətində qəzaya uğrayan uçuşdan imtina edib, çünki onun nəvəsi qəfildən xəstələnib.
Bizim.Media xəbər verir ki, bu barədə “russian.rt.com” saytı yazıb.
Belə ki, qadın artıq Blaqoveşenskdən Tındaya uçuş üçün təyyarədə əyləşibmiş. Lakin qızından gələn qəfil zəng hər şeyi dəyişib. Qızı deyib ki, böyük övladı xəstələnib və balaca uşağı yanında qoymaq üçün kimsə yoxdur.
Marina Avalyan həmin an təyyarədən düşüb, baqajını götürüb və qızının, nəvələrinin yanına qayıdıb.
Hazırda Marinanın telefonu sönülüdür. Çox güman ki, o, baş verənlərdən sarsılıb. Onun hekayəsini isə RT-yə ərinin qardaşı danışıb.
Qeyd edək ki, An-24 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb. Baş verən fövqəladə hal səbəbilə hökumət komissiyası yaradılıb.
Təyyarədə olan 49 nəfərin hamısı isə faciəvi şəraitdə həlak olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:10 / 24.07.2025
Qəzaya düşən təyyarədən son anda qurtuldu - Qızının zəngi… - VİDEO
Hazırda oxunan: Qəzaya düşən təyyarədən son anda qurtuldu - Qızının zəngi… - VİDEO
Hazırda oxunan: Qəzaya düşən təyyarədən son anda qurtuldu - Qızının zəngi… - VİDEO
261461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.