Rusiya Ermənistana təbii qazın nəqlini dayandıracaq?

Rusiya Ermənistana təbii qazın nəqlini dayandıracaq?

Hazırda oxunan: Rusiya Ermənistana təbii qazın nəqlini dayandıracaq?

261420

Rusiyadan Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" məlumat yayıb.

"Şimali - Cənubi Qafqaz" tranzit qaz kəmərinin Gürcüstan ərazisindən keçən "Kazax-Saquramo" hissəsində (DN 1000) qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar iyulun 24-ü saat 07:00-dan 26-ı saat 19:00-dək Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq", - deyə məlumatda bildirilir.

Qeyd olunan müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına istehlakçıların qazla fasiləsiz və etibarlı təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO