Polşa Belarusla sərhədə 5 metr hündürlükdə divar çəkdi

Polşa Belarusla sərhədə 5 metr hündürlükdə divar çəkdi

Hazırda oxunan: Polşa Belarusla sərhədə 5 metr hündürlükdə divar çəkdi

261391

Polşa Belarusla bütün sərhəd boyu elektron maneə adlandırılan baryerin - videomüşahidə və hərəkət sensorları olan monitorinq sisteminin quraşdırılmasını başa çatdırıb.

Bizim.Media xəbər verir ki, bunu ölkə mediasına Polşanın daxili işlər naziri Tomaş Siemonyak açıqlayıb: "Bir neçə gün əvvəl, iyulun 20-də Belarusla sərhədin bütün hissəsi boyunca elektron şlaqbaumun tikintisi başa çatıb - videomüşahidə kameraları və hərəkət sensorları quraşdırılıb".
 

2022-ci ildə Polşa hakimiyyəti 180 km-lik hissə boyunca sərhəddə 5,5 m hündürlüyündə metal maneə quraşdırıb. Divar yuxarıdan tikanlı məftillə örtülüb. Bütün sərhəd boyu hərəkət sensorları və istənilən hava şəraitinə uyğun videokameralar olan postlar quraşdırılıb. 2024-cü ildə bu maneənin müasirləşdirilməsi, eləcə də çaylarda “elektron maneə”nin yaradılması üzrə işlərə başlanılıb.


Polşa bu addımı Rusiya və Belarusun hibrid müharibəsinə qarşı 2021-ci ildən sonra atmaq qərarına gəlib. Çünki həmin ildən başlayaraq, Belarus ərazisindən Yaxın Şərqdən olan qaçqınların Polşaya kütləvi axını başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO