Markus Reşford “Barselona”da

Markus Reşford “Barselona”da

Hazırda oxunan: Markus Reşford “Barselona”da

261377

"Mançester Yunayted"in futbolçusu Markus Reşford karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Bizim.Media xəbər verir ki, "Barselona" ingiltərəli vingeri icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı ön xətt oyunçusu 2025/2026 mövsümünü İspaniya çempionunun heyətində keçirəcək. "Barseloona" 30 milyon avro ödəməklə 27 yaşlı futbolçunun transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, Markus Reşford ötən mövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"da çıxış edib. İngiltərə millisinin üzvü Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO