Kamran Əliyev onları bu rayonlara prokuror təyin etdi

Kamran Əliyev onları bu rayonlara prokuror təyin etdi

Hazırda oxunan: Kamran Əliyev onları bu rayonlara prokuror təyin etdi

261281

Baş pokuror Kamran Əliyevin əmri ilə Kəlbəcər, Neftçala və Cəlilabada prokuror təyin edilib.

Bizim.Media xəbər verir ki, əmrə əsasən, Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini İsmayılov İlkin İsmayıl oğlu tutduğu vəzifədən azad edilib. İ.İsmayılov Kəlbəcərin yeni prokuroru təyin edilib.
 

Digər əmrə əsasən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Zeynal Zeynalov tutduğu vəzifədən azad edilərək Neftçalaya yeni prokuror təyin edilib.


Baş prokurorun müvafiq əmri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin rəisi Məmmədov İlqar Gülənməd oğlu tutduğu vəzifədən azad edilib. Yeni əmrlə o, Cəlilabadın prokuroru təyin edilib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO