İspaniyanın “Periodista Digital” qəzetinin saytında Cənubi Qafqazda gedən geosiyasi proseslər barədə məqalə dərc olunub.
Məqalədə Fransadakı erməni diasporunun, Ermənistan hökumətindəki mənbələrə istinad edən nümayəndələrinin verdiyi məlumatlara əsasən, “Tramp körpüsü - nəqliyyat dəhlizi”nin yaradılması üzrə Anlaşma Memorandumu” adlı məxfi sənəddən bəhs olunur.
Bildirilir ki, bu sənəd artıq Ermənistan, Azərbaycan və ABŞ tərəfindən təsdiq edilib.
Bizim.Media xəbər verir ki, məqaləyə görə, sənəd ikitərəfli iqtisadi dəhliz və “Tramp körpüsü” adlı regional müdafiə məntəqəsinin yaradılmasını nəzərdə tutur.
Uzunluğu 42 kilometr olan bu nəqliyyat dəhlizi Ermənistan Respublikasının Sünik (Zəngəzur mahalı – red.) vilayətindən keçərək Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirməlidir. Bu dəhlizin yaradılması 2020-ci il müharibəsindən sonra Azərbaycanın əsas tələblərindən biri olub. Ermənistan isə bu dəhlizin yaranmaması üçün uzun müddət çalışıb.
Memoranduma əsasən, Ermənistan Sünik vilayəti üzərində formal suverenliyini saxlayır. Lakin dəhlizin idarə edilməsi müvafiq lisenziyaya malik ABŞ-ın bir özəl şirkətinə həvalə olunur.
Dəhlizin istismarından əldə olunan gəlirin bölgüsü isə bu razılaşmanın arxasında duran həqiqi maraqları üzə çıxarır: ABŞ şirkəti gəlirin 40%-ni, Ermənistan isə 30%-ni alacaq.
Ən mühüm məqamlardan biri də memoranduma əsasən Ermənistan ərazisində əhəmiyyətli sayda ABŞ qüvvələrinin yerləşdirilməsidir. Burada söhbət ABŞ ordusundan yox, sayları təxminən 1000 nəfər olacaq bir özəl hərbi şirkətdən gedir. Məhz bu qüvvə dəhlizin təhlükəsizliyini təmin edəcək və “onun bütövlüyünü qorumaq” məqsədilə güc tətbiq etmək hüququna malik olacaq.
Aydındır ki, bu memorandumun icrasından əsas fayda götürən tərəflər ABŞ və Türkiyə olacaq. Türkiyə üçün bu, əsasən iqtisadi qazanclar vəd edirsə, ABŞ üçün bu addım İranla sərhəd üzərində strateji nəzarəti ələ almaq cəhdidir.
İlkin mərhələdə sərhəddə ağır silahsız əsgərlər yerləşdiriləcək. Lakin hərbi baxımdan bu o deməkdir ki, artıq İranla onun əsas düşməni olan ABŞ arasında bufer zona qalmayacaq. Bu da Aralıq dənizindən Cənubi Qafqaza qədər uzanan bölgədə genişmiqyaslı hərbi qarşıdurma riskini artırır.
Qəzet həmçinin qeyd edir ki, memorandumun imzalanmasının nəticələri yalnız xarici siyasətlə məhdudlaşmır. Fransa üçün Ermənistanda ABŞ-ın möhkəmlənməsi və onun faktiki olaraq Vaşinqtona tabe olması ciddi diplomatik məğlubiyyət hesab edilə bilər.
Bizim.Media

- A-
- A
- A+
Region
13:37 / 23.07.2025
Paşinyan Zəngəzur dəhlizinə görə ABŞ-la anlaşma memorandumu imzaladı
Hazırda oxunan: Paşinyan Zəngəzur dəhlizinə görə ABŞ-la anlaşma memorandumu imzaladı
Hazırda oxunan: Paşinyan Zəngəzur dəhlizinə görə ABŞ-la anlaşma memorandumu imzaladı
261274
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.