Bir neçə gün əvvəl vəzifəsindən azad olunan Qusar rayonunun sabiq prokuroru Elxan Əbdürrəhimov yenidən əvvəlki iş yerinə təyinat alıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə sabiq prokuror Baş prokuror Kamran Əliyevin əmri ilə 11 il əvvəlki iş yerinə-Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Elxan Əbdürrəhimov 6 il Xaçmaz, 5 il isə Qusar rayon prokuroru vəzifələrində çalışıb.
Qusar rayon prokuroru vəzifəsinə təyin edilən Ceyhun Mirzəyev isə Bakı şəhər prokurorluğunun məhkəmələrindən birində dövlət ittihamçısı işləyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:15 / 23.07.2025
Elxan Əbdürrəhimov 11 il əvvəlki vəzifəsinə TƏYİNAT aldı - ÖZƏL
Hazırda oxunan: Elxan Əbdürrəhimov 11 il əvvəlki vəzifəsinə TƏYİNAT aldı - ÖZƏL
Hazırda oxunan: Elxan Əbdürrəhimov 11 il əvvəlki vəzifəsinə TƏYİNAT aldı - ÖZƏL
261246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.