Cəlilabadda iribuynuzlu heyvanlar zəhərlənib, biri tələf olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Uzuntəpə kəndində baş verən hadisədə örüş sahəsinə atılmış və yararsız hala düşmüş çörək məhsulları heyvanların zəhərlənməsinə səbəb olub.
Kənd sakini Vüqar Hüseynova məxsus təsərrüfatdakı mal-qaradan biri zəhərlənərək tələf olub.
Digər heyvanlara baytarlar tərəfindən vaxtında tibbi yardım göstərildiyindən onların həyatı xilas edilib.
Təsərrüfat sahibi ehtimal edir ki, heyvanlar otlaq sahəsində atılmış çoxlu miqdarda köhnə çörək məhsullarını yedikdən sonra vəziyyətləri pisləşib.
Hazırda həmin ərazidə neçə heyvanın bu qidaları qəbul etdiyi dəqiq bilinmir.
Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırmalara başlanılıb.
Sabutay, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:48 / 23.07.2025
Cəlilabadda çörək heyvanların kütləvi zəhərlənməsinə SƏBƏB oldu
Hazırda oxunan: Cəlilabadda çörək heyvanların kütləvi zəhərlənməsinə SƏBƏB oldu
Hazırda oxunan: Cəlilabadda çörək heyvanların kütləvi zəhərlənməsinə SƏBƏB oldu
261241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.