Dövlətə xəyanət edən şəxsə HÖKM OXUNDU – DTX saxlamışdı

Dövlətə xəyanət edən şəxsə HÖKM OXUNDU – DTX saxlamışdı

Hazırda oxunan: Dövlətə xəyanət edən şəxsə HÖKM OXUNDU – DTX saxlamışdı

261158

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Elnur İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Strateji əhəmiyyətli ərazilərdə işləmiş Elnur İsmiyevin barəsində məhkəmə prosesi qapalı keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Elnur İsmiyev ittiham olunduğu maddə üzrə təqsirli bilinib və ona 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, E.İsmiyev DTX-nin İstintaq baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO