Rusiyada saxlanılan daha 4 azərbaycanlı HƏBS EDİLDİ

Rusiyada saxlanılan daha 4 azərbaycanlı HƏBS EDİLDİ

Hazırda oxunan: Rusiyada saxlanılan daha 4 azərbaycanlı HƏBS EDİLDİ

261115

Moskvada 1000-dən çox miqranta saxta sənədlər düzəltməkdə ittiham olunan 4 azərbaycanlı saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, Rusiya və Azərbaycan vətəndaşlığı olan 4 nəfər barəsində Çertanovski Rayon Məhkəməsinin hökmü qüvvəyə minib. İlham Məmmədov, Ədalət Rəcəbov, Qüdrət Mustafayev və Hüseyn Rəcəbli qanunsuz miqrasiyanın təşkilinə görə 2 ildən 5 ilə qədər azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər əcnəbilər üçün saxta miqrasiya sənədləri hazırlamaqda ittiham olunurlar. İstintaqın məlumatına görə, qrup üzvləri ümumilikdə 1000-dən çox əcnəbidən azı 2 milyon rubl (43 472 manat) əldə edib.

Araşdırma zamanı saxta sənədlərin hazırlanması ilə məşğul olan iki qanunsuz laboratoriya da ləğv edilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO