Rus milyarderlər Türkiyəyə “qaçır” – Səbəb

Rus milyarderlər Türkiyəyə “qaçır” – Səbəb

Hazırda oxunan: Rus milyarderlər Türkiyəyə “qaçır” – Səbəb

261087

2025-ci ilin ilk 6 ayının nəticələrinə görə, Türkiyə rus iş adamlarının ən çox sərmayə qoyduğu ilk üç ölkə sırasına daxil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, sanksiyalar, Rusiya vətəndaşlarına tətbiq edilən viza məhdudiyyətləri və ələ keçirilən aktivlər səbəbindən Avropa ölkələri rus investorlar üçün cəlbediciliyini itirib. Bütün bunlar rus iş adamlarının investisiya siyasətini yenidən formalaşdırıb.

“Tranio” beynəlxalq daşınmaz əmlak şirkəti məlumatına görə, Tailand 2025-ci ilin birinci yarısında rus investorların ən çox üstünlük verdiyi ölkə olub. Tailanda maraq keçən bu il 25,6%-ə yüksəlib.

Tailandı vergi güzəştləri və siyasi neytrallığı ilə seçilən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) izləyir. Qərbin sanksiyalarına çevik yanaşması sayəsində BƏƏ Rusiya kapitalı üçün təhlükəsiz limana çevrilib.

Siyahıda üçüncü yeri Türkiyə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO