UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelbrun”la qarşılaşacaq “Qarabağ” bu gün İrlandiyaya yollanıb.
Bizim.Media xəbər verir ki, komanda təxminən 6 saat yarımlıq uçuşdan sonra paytaxt Dublinə çatıb.
Ağdam klubunun bu günə məşqi nəzərdə tutulmayıb. Sabah Dublin vaxtı ilə saat 18:45-də (Bakı vaxtı ilə 21:45) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı, 19:00-da isə komandanın "Tolka Park” arenasında məşqi keçiriləcək.
Qeyd edək ki, iyulun 23-də keçiriləcək "Şelburn" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
00:49 / 22.07.2025
"Qarabağ" Dublindədir - FOTO
Hazırda oxunan: "Qarabağ" Dublindədir - FOTO
Hazırda oxunan: "Qarabağ" Dublindədir - FOTO
261064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.