İzzət Bağırov buna görə çimərlikdən qorxur

İzzət Bağırov buna görə çimərlikdən qorxur

Hazırda oxunan: İzzət Bağırov buna görə çimərlikdən qorxur

261045

"Dənizə gedirəm, amma istifadə etmirəm. Uşaqları aparıram, amma geyimli otururam. Özüm suya girmirəm. Peyğəmbərimiz deyib ki, dənizə baxmaq da ibadətdir. çünki dəniz yeganə vasitədir ki, səni dinləyir və sözünü kəsmir".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov aparıcı Fəxriyyə Lilparın "Xəzərin sahilində" proqramında deyib.

Sənətçi Azərbaycanda çimərliyə getməkdən qorxduğunu etiraf edib:

"Dəniz kənarına ancaq kətan və ağ geyinirəm. Ətrafdakılar başlayır telefonla səni çəkirlər. Mən də ehtiyatımı saxlayıram. Nə üçün məni dəniz geyimində çəkib paylaşmalıdırlar? Məsləhət olsa özüm paylaşaram da. Mənim səhifəmdə görmüsünüz artıq nəsə paylaşım? Adam var əlində telefon hər şeyi çəkir qoyur. 35 ildir oxuyuram. 1991-ci ildən efirdəyəm. Suyu üfürə-üfürə içirəm.

Əvvəl özüm üçün, indi uşaqlarım üçün adımı qoruyuram. Oğullarım böyüyür, ətrafları var. İstəmirəm onlar atalarına görə utansınlar". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO