Misirli jurnalist: “Şuşanı çox sevdim" – VİDEO

Misirli jurnalist: “Şuşanı çox sevdim" – VİDEO

Hazırda oxunan: Misirli jurnalist: “Şuşanı çox sevdim" – VİDEO

260995

Azərbaycanda səfərdə olan Misirin MENA agentliyinin əməkdaşı Şahd Nabil Dosuki Abdelqavad Elşarkavi Baku TV-yə açıqlamasında ölkə və xüsusilə Şuşa şəhəri ilə bağlı təəssüratlarını bölüşüb.

Bizim.Media xəbər verir ki, o, Azərbaycanın çox gözəl və qonaqpərvər ölkə olduğunu bildirib:

"Həqiqətən, çox gözəl ölkədir. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm. Təşkilatçılar çox mehribandır, təşkilatçılıqdan tam məmnunam. Şuşanı isə xüsusilə çox sevdim".

Jurnalist qeyd edib ki, burada şahidi olduqları mənzərə beynəlxalq mediada təqdim edilən görüntülərlə üst-üstə düşmür:

"Burada gördüklərimiz mediada və ya beynəlxalq televiziyalarda deyilənlərdən çox fərqlidir. Mən özümü çox təhlükəsiz hiss edirəm. Yenidənqurma işləri sürətlə və keyfiyyətlə aparılır. Hər şey çox gözəldir".

Şahd Nabil Dosuki, həmçinin, media nümayəndələrinin yerində müşahidələrinin əhəmiyyətini vurğulayıb:

"Bu həqiqətlərin işıqlandırılmasında medianın rolu çox önəmlidir. Düşünürəm ki, III Şuşa Qlobal Media Forumu arzulanan nəticəyə çatmaq baxımından çox vacibdir. Dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər burada baş verənləri yerində görür və gedən prosesi daha düzgün qiymətləndirə bilirlər".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO