Gəncəyə uçmaq istəyən sərnişinlər Moskvada aeroportda qaldı - VİDEO

Gəncəyə uçmaq istəyən sərnişinlər Moskvada aeroportda qaldı - VİDEO

Hazırda oxunan: Gəncəyə uçmaq istəyən sərnişinlər Moskvada aeroportda qaldı - VİDEO

260975

Rusiyanın paytaxtı Moskvada yerləşən Vnukovo hava limanından Gəncə şəhərinə uçmalı olan təyyarə 25 saatdır ki, yubanır. 

Bizim.Media xəbər verir ki, bu barədə Baku.ws-ə həmin reyslə Azərbaycana gəlməli olan həmyerlilərimizdən biri məlumat verib. 
 

Onun sözlərinə görə, “UTAİR” aviaşirkətinə məxsus, ötən gün saat 05:40-da havaya qalxmalı olan Moskva-Gəncə təyyarəsi 20 saata yaxın gecikib, daha sonra isə reys ləğv olunub.


Şikayətçinin iddiasına görə, hazırda sərnişinlər hava limanındadır və onlara dəqiq məlumat verilmir:

“Bizə deyirlər ki, Gəncə sizi qəbul etmir. Ancaq bilirik ki, bu, yalan xəbərdir. Gəncə hava limanı ilə də danışdıq, oradan da deyildi ki, Moskva tərəfi sizi buraxmalıdır. Biz tərəfdən bir problem yoxdur. İndi də Vnukovodan deyirlər ki, təyyarədə problem var. Bizə burada pis rəftar edirlər, üstəlik, heç bir nümayəndə suallarımızı cavablandırmır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO