Şuşada III Qlobal Media Forumunun 3-cü günü başladı

Şuşada III Qlobal Media Forumunun 3-cü günü başladı

Hazırda oxunan: Şuşada III Qlobal Media Forumunun 3-cü günü başladı

260936

İyunun 21-də “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir.

Bizim.Media xəbər verir ki, bu gün  “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi”, “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində”, “Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması” və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, iyulun 20-də öz işinə başlayan Forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr iştirak edirlər. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var. 3-cü Şuşa Qlobal Media Forumunun bu gün yekunlaşması planlaşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO