Polşada gürcülərə qarşı “ov” başladı

Polşada gürcülərə qarşı “ov” başladı

Hazırda oxunan: Polşada gürcülərə qarşı “ov” başladı

260832

Polşa hökuməti Gürcüstan vətəndaşlarının kütləvi deportasiyasına hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Tomaş Semonyak məlumat verib.

Nazirin sözlərinə görə, çoxsaylı gürcü vətəndaşları cinayət fəaliyyəti ilə məşğuldur və bu, onların ölkədən çıxarılmasına səbəb olacaq.
 

Lakin bir sıra ekspertlər bu addımı Gürcüstanın Avropa İttifaqına inteqrasiyadan imtina etməsi ilə əlaqələndirirlər. Onların fikrincə, Tbilisinin son dövrlərdə Aİ ilə münasibətlərdə sərt mövqe tutması Varşavanın belə reaksiya verməsinə səbəb olub.


Deportasiya ediləcək gürcülərin sayı yüzlərlə nəfər olaraq göstərilir. Hazırda rəsmi proseslərin nə vaxt başlayacağı və kimlərin siyahıya düşdüyü açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO