“Şelbrun” - “Qarabağ” oyununa bilet qalmadı

“Şelbrun” - “Qarabağ” oyununa bilet qalmadı

Hazırda oxunan: “Şelbrun” - “Qarabağ” oyununa bilet qalmadı

260820

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” matçı üçün bütün biletlər satılıb.

Bizim.Media xəbər verir ki, bu haqda İrlandiya klubunun yaydığı açıqlamada bildirilib.
 

“Tolka Park”da keçiriləcək UEFA Çempionlar Liqasının ikinci mərhələsində “Qarabağ” FK ilə qarşılaşmaya bilet qalmayıb.


“Tolka Park”da bizi möhtəşəm bir Avropa gecəsi gözləyir” - deyə məlumatda qeyd olunub.

Biletlər bir gün ərzində satılıb.

Qeyd edək ki, paytaxt Dublində yerləşən “Tolka Park” arenasının 6 minə yaxın tamaşaçı tutumu var.

“Şelbrun” - “Qarabağ” oyunu iyulun 23-də keçiriləcək. Bu komandaların cavab görüşü isə iyulun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. (Qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO