“Bulvarda kino axşamı" adlı yeni layihəyə START VERİLDİ - FOTO

“Bulvarda kino axşamı" adlı yeni layihəyə START VERİLDİ - FOTO

Hazırda oxunan: “Bulvarda kino axşamı" adlı yeni layihəyə START VERİLDİ - FOTO

260753

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19-da “Bulvarda kino axşamı” adlı layihənin icrasına başlanılıb.

Bizim.Media xəbər verir ki, ilk nümayiş C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Görüş” filmi olub.
 

Məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunu yalnız Bakı sakinlərinə deyil, şəhərimizdə qonaq olan turistlərə də tanıtmaq olan yeni layihənin ilk təqdimatında yüzlərlə izləyici iştirak edib.


Layihə çərçivəsində “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənib.

Sərgini ziyarət edənlər sevdikləri film qəhrəmanlarının onlara tanış olan qiyafələrini və aksesuarlarını, eləcə də çəkiliş vaxtı istifadə edilən avadanlıqları maraqla izləyiblər.

“Bulvarda kino axşamı”nın növbəti təqdimatı Azərbaycan kinosunun 127 illiyinə həsr olunacaq. Bu münasibətlə avqustun 1-də və 2-də bulvarda daha iki film nümayiş ediləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO