Prezident: “Rusiyanın cavabı uşaq bağçası səviyyəsində nağıldır” - VİDEO

Prezident: “Rusiyanın cavabı uşaq bağçası səviyyəsində nağıldır” - VİDEO

Hazırda oxunan: Prezident: “Rusiyanın cavabı uşaq bağçası səviyyəsində nağıldır” - VİDEO

260737

"AZAL təyyarəsi kənardan vurulmuşdu. Təyyarənin Ukrayna dronu ilə toqquşması məlumatı gülüş doğururdu. Bu, uşaq bağçası səviyyəsində olan nağıldır. İki dəfə təyyarəyə hücum edilmişdi. Biz bilirik nə baş verib. Rusiyanın hava məkanı bağlanmamışdı. Hava məkanı təyyarə vurulandan sonra bağlanmışdı”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Forum iştirakçıları ilə görüşü BAŞLADI - CANLI


“7 aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokuror Rusiyanın tədqiqat komissiyasına məktub ünvanlayır.

Cavab bu olur ki, tədqiqat davam edir. Biz gözləyirik. Bu o demək deyil ki, biz bunu unuda bilərik. Biz beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Bilirik ki, bu uzun vaxt aparır. Malayziya təyyarəsi vurulandan sonra 10 il tədqiqat aparıldı. Biz inanırıq ki, bu məsələdə ədalət qalib gələcək", - dövlətimizin başçısı qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO