Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı MESAJ: “Bizim ərazimizdə heç bir icarədar ola bilməz”

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı MESAJ: “Bizim ərazimizdə heç bir icarədar ola bilməz”

Hazırda oxunan: Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı MESAJ: “Bizim ərazimizdə heç bir icarədar ola bilməz”

260735

“Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz. Ermənistan özü çox şey edə bilər. Mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası Avropa müşahidəçilərini sərhədə dəvət ediblər. Bunlar peşəkar casuslardır. Onlar İrana qarşı casus fəaliyyəti aparırlar. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, biz də onları görə bilirik”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunda Zəngəzur dəhlizinin ABŞ şirkəti tərəfindən icarəyə götürülməsinə dair yayılan xəbərlərlə bağlı suala cavabında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Forum iştirakçıları ilə görüşü BAŞLADI - CANLI


“Mən Əbu-Dabidə həmkarına dedim, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir.

Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil. Bu, bizim tələbdir. Əks halda vətəndaşlarımız təhlükə altında olacaqlar”, - dövlətimizin başçısı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO