Süni intellektdən daha bir yenilik – GİZLİ KODLARI AÇACAQ

Süni intellektdən daha bir yenilik – GİZLİ KODLARI AÇACAQ

Hazırda oxunan: Süni intellektdən daha bir yenilik – GİZLİ KODLARI AÇACAQ

260663

OpenAI ChatGPT-ni üst səviyyəyə aparan yeni tətbiq təqdim edib: ChatGPT Agent.

Bizim.Media xəbər verir ki, yeni süni intellekt agenti istifadəçilərə sadə dil əmrlərindən istifadə etməklə mürəkkəb kompüter əsaslı tapşırıqları tez və təhlükəsiz şəkildə yerinə yetirməyə imkan verir.

OpenAI, ChatGPT-ni geniş spektrli kompüter əsaslı tapşırıqları yerinə yetirməyə qadir olan agentə çevirərək, süni intellekt sahəsində ən iddialı addımlarından birini atdı.

"ChatGPT Agent" həmçinin hər hansı materialı peşəkar redaktə edə, mürəkkəb terminləri və kodları aça biləcək.
 

"ChatGPT Agent" qısaca OpenAI-nin əvvəllər buraxılmış tətbiqlərinin birləşməsi kimi ümumiləşdirilə bilər. Məsələn, Deep Research (dərindən axtarış) yolu ilə çoxsaylı veb-saytlardan məlumatları sintez etmək və qısa tədqiqat hesabatı yaratmaq qabiliyyətini özündə birləşdirir.


ChatGPT Agent OpenAI-nin Pro, Plus abunəçiləri üçün arrtıq əlçatandır. ChatGPT alətləri menyusunda "Agent rejimi" seçimini aktivləşdirərək tətbiqdən istifadə edə bilərsiniz.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO