Prezident Təzəbinə və Xanyurdu sakinlərinə: "Biz burada əbədi yaşayacağıq"

Prezident Təzəbinə və Xanyurdu sakinlərinə: "Biz burada əbədi yaşayacağıq"

Hazırda oxunan: Prezident Təzəbinə və Xanyurdu sakinlərinə: "Biz burada əbədi yaşayacağıq"

260574

"Bundan sonra biz burada əbədi yaşayacağıq. Daha heç kim bizi bu yerlərdən çıxara bilməz".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 18-də Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşündə deyib.

"İndi siz buraya birinci köçənlərdənsiniz, amma bunun ardı gəlir. Bir, bəlkə də bir neçə aydan sonra burada, hər iki kənddə, yəqin ki, minlərlə insan yaşayacaq. Dövlət bütün şəraiti yaradıb - evlər, həyətyanı sahələr, içməli su, təbii qaz, elektrik. Yəni, yenə də deyirəm, siz buna layiqsiniz.
 

Ən ağır vəziyyətdə yaşayanlar siz olmusunuz. Bütün bu otuz il ərzində yenə də, necə deyərlər, öz iradənizi göstərərək inanırdınız ki, bu tarixi gün gələcək və biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq.


Həm 2020-ci ilin Vətən müharibəsi, həm də 2023-cü ilin antiterror əməliyyatı bizim şanlı qələbələrimizdir. Allah şəhidlərimizə rəhmət eləsin. Bundan sonra biz burada əbədi yaşayacağıq. Daha heç kim bizi bu yerlərdən çıxara bilməz", - Prezident bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO