Paytaxtın su problemi nə vaxt HƏLLİNİ tapacaq? - Rəsmi AÇIQLAMA

Paytaxtın su problemi nə vaxt HƏLLİNİ tapacaq? - Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Paytaxtın su problemi nə vaxt HƏLLİNİ tapacaq? - Rəsmi AÇIQLAMA

260568

Bir neçə gündür ki, Bakının bəzi ərazilərində su problemi yaşanır. Xüsusilə, paytaxtın Suraxanı rayonu Bakıxanov, Yeni Günəşli qəsəbələrində suyun verilməsində saatlarla fasilələr yaşanıb.

Paytaxt sakinləri təkcə adı çəkilən ərazilər deyil, Bakının bir çox yerində belə halın yaşandığını qeyd ediblər. Suyun verilməsində yaranan fasilə isti yay günlərində vətəndaşları narahat və narazılığına səbəb olub.

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanlarda su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur.
 

Qurumdan qeyd edilib ki, məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsinin mütəxəssisləri tərəfindən səbəblər araşdırılır və problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.


Məlumatda tezliklə abonentlərin su təchizatının əvvəlki rejim üzrə bərpa olunacağı vurğulanıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO