Qısqanc ər sosial şəbəkədən istifadə edən arvadını döydü - HÖKM

Qısqanc ər sosial şəbəkədən istifadə edən arvadını döydü - HÖKM

Hazırda oxunan: Qısqanc ər sosial şəbəkədən istifadə edən arvadını döydü - HÖKM

260478

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Adil Ömərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə 01 fevral 2025-ci il tarixdə, gecə saat 23 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, Adil Ömərov yaşadığı ünvanda onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşayan zərərçəkmiş Pərvanə Ömərova (adı, soyadı şərtidir) ilə qısqanclıq zəminində mübahisə edib.
 

Buna səbəb isə kişinin razılığı olmadan qadının mobil telefon vasitəsi ilə sosial şəbəkədən istifadə etməsi olub. Bu zaman o, arvadının üzərinə hücum edərək qəsdən əl, şillə, yumruq, təpik zərbələri ilə onun sifət, əl, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq, onun sağlamlığına yüngül zərər yetirib.


Hadisədə sonra Adil Ömərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmədə Pərvanə Ömərova ifadəsində ərinin ona dəymiş ziyanı tam ödədiyini, təqsirləndirilən şəxslı barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO