"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen belindəki ciddi narahatlığa görə əməliyyat olunmağı düşünür.
Bizim.Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
33 yaşlı almaniyalı futbolçunun Asiya turuna komanda ilə yollanması da demək olar ki, istisna olunur. Son günlərdə o, zədədən bərpa olmaq məqsədilə trenajor zalında fərdi məşqlər etsə də, bu metodun effekt vermədiyi bildirilir.
Qeyd olunur ki, zədə ter Ştegenin bu yay "Barselona"dan ayrılmasına da əngəl olub. Lakin o, 2026-cı il dünya çempionatında Almaniya millisində əsas qapıçı mövqeyini qazanmaq üçün qarşıdakı qış transfer dönəmində yeni klub axtarışına başlaya bilər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
03:43 / 18.07.2025
Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq QALA BİLƏR
Hazırda oxunan: Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq QALA BİLƏR
Hazırda oxunan: Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq QALA BİLƏR
260453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.