Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.
Bizim.Media xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.
Baş prokurorun əmri ilə Bakı şəhəri, Səbail rayon prokurorunun köməkçisi Leyla Kərimova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbə prokuroru vəzifəsinə təyin edilib.
L.Kərimova əvvəllər Xocalı və Qubadlı rayon prokurorunun köməkçisi, Xocavənd Rayon Prokurorluğunun müstəntiqi vəzifələrində işləyib.
Baş prokurorun digər əmri ilə Bakı Şəhər Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin prokuroru Ləman Səmədzadə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Xətai Rayon Məhkəməsi üzrə dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru təyin olunub. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:08 / 17.07.2025
Qadın prokurorlara yeni vəzifə verildi
Hazırda oxunan: Qadın prokurorlara yeni vəzifə verildi
Hazırda oxunan: Qadın prokurorlara yeni vəzifə verildi
260383
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.