Dünən ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus, prezident Donald Trampın son açıqlamalarını şərh edərkən Vaşinqtonun İranla bağlı siyasətində dəyişiklik olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, Brus “Fox News”a açıqlamasında qeyd edib ki, ABŞ diplomatik yollarla problemi həll etməyə sadiq qalır və qərar vermək növbəsi artıq İran tərəfinə çatıb:
"ABŞ administrasiyasının diplomatiya yürütmək siyasəti dəyişməyib və top indi İslam Respublikasının meydançasındadır", – deyə sözçü vurğulayıb.
O, habelə ABŞ-nin İranda yerləşən bəzi nüvə obyektlərinə qarşı həyata keçirdiyi son hava zərbəsini də xatırladaraq "baş verənlər fonunda, İranın uyğun addım atacağına ümid edirik", deyə bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:47 / 17.07.2025
ABŞ Dövlət Departamenti: "Top indi İranın meydançasındadır" - VİDEO
Hazırda oxunan: ABŞ Dövlət Departamenti: "Top indi İranın meydançasındadır" - VİDEO
Hazırda oxunan: ABŞ Dövlət Departamenti: "Top indi İranın meydançasındadır" - VİDEO
260335
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.