Azərbaycanın daha bir boksçusu Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyində medal qazanıb.
Bizim.Media Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Səfdər Məmmədzadə (+80 kq) finalda rusiyalı Boqdan Smolkinlə döyüşüb.
Görüş rəqibin 3:2 (26:30, 28*:28, 28*:28, 26:30, 29:27) hesablı qələbəsi ilə yekunlaşdığından boksçumuz gümüş medalla kifayətlənib.
Bununla da yığmamız Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub. Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.
Qeyd edək ki, daha öncə Əminə Tağı (50 kq) Avropa çempionu tituluna yiyələnib. Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:34 / 17.07.2025
Daha bir boksçumuz Avropa birinciliyində medal qazandı
Hazırda oxunan: Daha bir boksçumuz Avropa birinciliyində medal qazandı
Hazırda oxunan: Daha bir boksçumuz Avropa birinciliyində medal qazandı
260319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.