Əl Şaraa İsrailə meydan oxudu: “Müharibədən qorxmuruq!” - VİDEO

Əl Şaraa İsrailə meydan oxudu: “Müharibədən qorxmuruq!” - VİDEO

Hazırda oxunan: Əl Şaraa İsrailə meydan oxudu: “Müharibədən qorxmuruq!” - VİDEO

260312

“Suriya hakimiyyəti ölkədəki druz azlığının xarici qüvvələrin alətinə çevrilməsinə imkan verməyəcək”.

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa xalqa müraciətində deyib.

Əl Şaraa bildirib ki, Suriya xalqı müharibədən qorxmur.

O, druz vətəndaşlarının və onların hüquqlarının müdafiəsini Suriyanın prioriteti adlandırıb.

Çərşənbə günü İsrailin Dəməşqə kütləvi hava hücumlarından sonra ilk televiziya çıxışında Əl Şaraa druz azlığına müraciət edib.
 

"Biz müharibədən qorxmuruq, lakin Suriya xalqının mənafeyini məhv olmaqdan üstün tutmuşuq. Druzların hüquqlarını qorumaq bizim prioritetimizdir və sizin xarici qüvvələrin əlində olmaq cəhdini rədd edirik", - o deyib.


Əhməd Əl Şaraa bəyan edib ki, Suriya ləyaqətinə təhlükə yaranarsa, döyüşməyə hazırdır

Druzlar İsrail, Suriya və Livanda yaşayan 1 milyona yaxın ərəb dini azlığıdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO